Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Obama "müharibə" elan etdi

Obama "müharibə" elan etdi

Date: 5 January 2016 12:47

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama silah dövriyyəsinə nəzarəti gücləndirən qanun layihəsini qəbul etməyə hazırlaşır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Konqresin çoxillik etirazına baxmayaraq, Obama qərarın qəbul olunmasında israrlıdır.

O, Federal Təhqiqatlar Bürosunun rəhbəri və ədliyyə naziri ilə görüşdükdən sonra planlarını açıqlayıb.

Yeni qanuna görə, silah satışı ilə məşğul olan hər kəs müvafiq lisenziya almalıdır və silah satdığı müştərinin keçmişini araşdırmalıdır. Federal Təhqiqat Bürosu isə silah tacirlərinə nəzarət üçün əlavə 200 işçi götürəcək.

Barak Obama qanunun qüvvəyə minməsi üçün Konqresin razılığını almamaq hüququnun olduğunu deyib.

Silah gəzdirmək hüququ amerikalılara konstitusiyanın 2-ci düzəlişinə əsasən verilib.

Milli.Az


Tags:  Obama müharibə elan etdi



RƏYLƏR


Top news