Azərbaycan nümayəndəsi İsveçrədə keçirilən Masters-turnirdə liderlik edir

Azərbaycan nümayəndəsi İsveçrədə keçirilən Masters-turnirdə liderlik edir
12:48 5 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Bazeldə beynəlxalq şahmat festivalı davam edir. Festivalın Masters-turnirində 60 şahmatçı, o cümlədən 7 qrossmeyster iştirak edir.
AZƏRTAC xəbər verir ki, İsveçrə sistemi üzrə 7 turdan ibarət olan beynəlxalq turnirin iştirakçıları arasında Azərbaycan nümayəndəsi Arkadi Naydiç də var.
Son tur ərəfəsində festivalın reytinq-favoriti olan Naydiç 6 mümkün xaldan 5 xal toplayıb. Adriyen Demyut, Bilel Bellasen (hər ikisi – Fransa), Mixac Stoyanoviç (Serbiya), Tit Stremaviçyus (Litva), Yan Mik Şprenqer (Almaniya) və Yuliya Şvayqer (İsrail) liderdən yarım xal geri qalır.
Yeddinci tur üçün püşkatmanın nəticələrinə görə Arkadi Naydiç qara fiqurlarla oynayacaq. Onun rəqibi serbiyalı qrossmeyster Mixac Stoyanoviç olacaq. Bu turdan sonra festivalın qalibi müəyyən ediləcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_numayendesi_Isvechrede_kechirilen_Masters_turnirde_liderlik_edir-916139

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR