“Səfirliyə hücum İran xalqına yaraşan hərəkət deyildi” - HÖKUMƏT SÖZÇÜSÜ

“Səfirliyə hücum İran xalqına yaraşan hərəkət deyildi” - HÖKUMƏT SÖZÇÜSÜ
12:49 5 Yanvar 2016
17 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

“Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə edilən hücum İran xalqına yaraşan hərəkət deyildi”.

 

APA-nın İran bürosunun məlumatına görə, bunu İran hökumətinin sözçüsü Məmmədbager Nobəxt bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının səfirliyinə hücumu dini təlimlər və şəriətlə əlaqələndirmək doğru olmaz: “Şənbə günü Səudiyyə Ərəbistanının Tehran və Məşhəddə yerləşən səfirlik və konsulluğunda baş verənlər beynəlxalq qanunlara da uyğun gəlmir. Polis və təhlükəsizlik qüvvələri daha çox diqqət etməlidir”.

 

O əlavə edib ki, hansı hökumətə xidmət etdiyi məlum olmayan bir qrup şəxsin xalqın adından sui-istifadəsinə yol verilməməlidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR