Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Güclü şimal-qərb küləyi, 20 dərəcə şaxta... – Proqnoz

Güclü şimal-qərb küləyi, 20 dərəcə şaxta... – Proqnoz

Date: 5 January 2016 12:49

Yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən bulıudlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 0-3 dərəcə, gündüz 5-9 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı,  qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta olacaq.

Yanvarın 6-8-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən giləvar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 


Tags:  Güclü şimal-qərb küləyi 20 dərəcə şaxta Proqnoz

RƏYLƏR


Top news