Lənkəranda 5 yeniyetmə saxlanıldı

Lənkəranda 5 yeniyetmə saxlanıldı
12:52 5 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları oğurluqda şübhəli bilinən 5 yeniyetməni saxlayıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, saxlanılan şəxslər Lənkəran sakinləri - 1999-cu il təvəllüdlü Taleh Heydərov, onun həmyaşıdı Vüsal Quluzadə, 1998-ci il Famil Rzazadə, Bakı sakinləri - 1998-ci il təvəllüdlü Nihad Məmmədov, 1999-cu il təvəllüdlü Ağa Rzayevdir.
 
Araşdırmalar zamanı məlum olub ki, onlar ayrı-ayrı zamanlarda Lənkəran şəhərində və rayonun Liman şəhərində gecə saatlarında mağazaların qapı və pəncərələrini qıraraq silah, gümüş əşyalar, nağd pul və Sim kartlar oğurlayıblar.
 
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR