Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bolqarıstan ümidini Azərbaycana bağlayıb

Bolqarıstan ümidini Azərbaycana bağlayıb

Date: 5 January 2016 12:57

Bolqarıstan "Balkan" qaz anbarı layihəsinin sayəsində Cənub-Şərqi və Mərkəzi Avropa üçün əsas tranzit ölkə olmaq niyyətindədir. "Balkan" qaz anbarını Qara dənizin Varna şəhəri yaxınlığında tikmək və onu, həmçinin Azərbaycan qazı ilə doldurmaq planlaşdırılır. Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov deyib.

Onun sözlərinə görə, Bolqarıstan hökumətu bu məqsədə çatmaq üçün bütün qüvvəsindən istifadə edəcək.

Məlumatda deyilir ki, layihəyə əsasən, anbara qaz Azərbaycan, Rusiya, Türkmənistandan, eləcə də Rumıniya və Bolqarıstan yataqlarından daxil olmalıdır: "Layihə və onun maliyyə planını Bolqarıstan hökuməti ilə Avropa Komissiyası birgə hazırlayır".

Milli.Az


Tags:  Bolqarıstan ümidini Azərbaycana bağlayıb


RƏYLƏR


Top news