Azərbaycanda ötən il elektrik enerjisi istehsalı azalıb

Azərbaycanda ötən il elektrik enerjisi istehsalı azalıb
12:57 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayında Azərbaycanın enerji sistemində 2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-nin mətbaut xidmətindən "Report"a verilən məlumata görə, 2015-ci il ərzində isə ümumilikdə 22,5 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub.
Qeyd edək ki, ötən ilin dekabrında istehsal edilən elektrik enerjisi 2014-cü ilin sonuncu ayı ilə müqayisədə 0,2 mlrd. kVt/saat yaxud 9,09% azdır, 2015-ci il ərzində istehsal edilən elektrik enerjisi isə öncəki illə müqayisədə 0,2 mlrd. kVt/saat və ya 0,8% azdır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/oten-il-elektrik-enerjisi-istehsali-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR