Baş Prokurorluq üç QHT-nin kompüterlərini geri qaytarıb

13:02 5 Yanvar 2016
11 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu məlumat verib.
Onun sözlərinə görə, prokurorluq hələ ki maliyyə-mühasibat sənədlərini geri qaytarmayıb: "Yəqin ki, sənədləri də yaxın zamanlarda qaytararlar. Hələ ki proses gedir, yekunlaşmayıb. Mən bununla bağlı prokurorluq orqanları ilə hər hansı danışıqlar aparmamışam".
Q.İbadoğlu qeyd edib ki, özünün və rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının bank hesablarına qoyulmuş həbs qərarları da qüvvəsindədir.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/bas-prokurorluq-uc-qht-nin-komputerlerini-geri-qaytarib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR