Yeni “Wi-Fi” simsiz rabitə siqnalının radiusunun iki dəfə artırılmasına imkan verəcək

Yeni “Wi-Fi” simsiz rabitə siqnalının radiusunun iki dəfə artırılmasına imkan verəcək
13:03 5 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
“WiFi Alliance” təşkilatı “Wi-Fi 802.11ah” (“Halow”) rabitə standartını rəsmən təsdiq edib.
AZƏRTAC “engadget.com” resursuna istinadən xəbər verir ki, yeni rabitə standartı indiki ilə müqayisədə simsiz rabitə siqnalının radiusunun iki dəfə artırılmasına imkan verəcək. Bu halda yeni standart siqnalın divarın digər tərəfinə daha yaxşı ötürülməsini təmin edəcək və bu zaman daha az enerji sərf olunacaq.
“WiFi Alliance” təşkilatının nümayəndəsi bildirib ki, “HaLow” rabitə standartı mövcud “Wi-Fi” protokollarından geniş istifadə edəcək və təhlükəsizlik səviyyəsini artıracaq. Həmçinin, bir çox yeni qurğular, məsələn, routerlər mövcud tezlik diapazonlarında (2,4 və 5 QHs) işləyəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_Wi_Fi_simsiz_rabite_siqnalinin_radiusunun_iki_defe_artirilmasina_imkan_verecek-916142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR