Əmanətləri hansı banka etibar etmək olar?

Əmanətləri hansı banka etibar etmək olar?
13:05 5 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin dekabr  ayı üzrə analiz işini yekunlaşdırıb. 

Milli.Az bildirir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildir. 

Banklar ilə bağlı dekabr ayı üzrə məlumatları təqdim edirik.

2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 13588 xəbər yerləşdirilib. Bunlardan 13185-i neytral, 327-si mənfi, 76-sı isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında "liderlər": Azərbaycan Beynəlxalq Bankı (97 xəbər - bankın filialında axtarış aparılıb), Bank of Azerbaijan (53 xəbər - bankın lisenziyası ləğv oluna bilər), Unibank Kommersiya Bankı (41 xəbər - bankdan vətəndaşa qarşı özbaşınalıq). 

Müsbət xəbərlər arasında liderlər: Kapital Bank  (42 xəbər - Azərbaycanın ən yaxşı bankı seçilib),
AccessBank (24 xəbər - ilin ən yaxşı bankı seçilib), DəmirBank (9 xəbər - ABŞ-ın nüfuzlu müştəri mühafizəsi sertifikatına layiq görülüb). 
 
Xəbər sayına görə sıralama:

1.    Azərbaycan Beynəlxalq Bankı    4316 xəbər 
2.    Kapital Bank    875 xəbər
3.    Unibank Kommersiya Bankı    802 xəbər
4.    Bank of Baku    629 xəbər
5.    DəmirBank     443 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 543 xəbər dərc edilib. Bu xəbərlərdən 533  xəbər neytral, 10 xəbər isə mənfi xəbərdir. Qəzetlərdə mənfi xəbərlər arasında liderlər: Bank of Azerbaijan (3 xəbər - bankın lisenziyası ləğv oluna bilər), Unibank  Kommersiya Bankı (2 xəbər - bankdan vətəndaşa qarşı özbaşınalıq). 

Xəbər sayına görə sıralama:

1.    Azərbaycan Beynəlxalq Bankı    183 xəbər
2.    Kapital Bank    41 xəbər
3.    Unibank Kommersiya Bankı    29 xəbər
4.    VTB Bank    25 xəbər
5.    Naxçıvanbank    23 xəbər

Dekabr  ayında televiziya kanallarında banklar haqqında 85 xəbər göstərilib.  

1.    Azərbaycan Beynəlxalq Bankı                      28 xəbər
2.    Kapital Bank                                                              19 xəbər
3.    Naxçıvanbank                                                           11 xəbər
4.    Azər-Türk Bank                                                         8 xəbər
5.    Unibank Kommersiya Bankı                                  4 xəbər

Qeyd: Mərkəzi Bank hesabatlara daxil deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR