Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edəcək
13:08 5 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC 
Səhiyyə naziri Oqtay Şirəliyev yanvarın 6-da saat 14.00-da Ucar Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Ucar, Göyçay, Ağdaş, Ağsu və Zərdab rayonları sakinlərinin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehiyye_naziri_Ucarda_vetendaslari_qebul_edecek-916144

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR