Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə-İran sərhədində 50 km-lik növbə

Türkiyə-İran sərhədində 50 km-lik növbə

Date: 5 January 2016 13:14

Türkiyə ərazisində İrana məxsus 500 yük avtomobili yanacaqsız qalıb. 

 

APA-nın "tabnak.ir"-ə istinadən verdiyi məlumatına görə, bunu İranın Qərbi Azərbaycan əyalətinin Böhranı İdarəetmə Mərkəzinin rəhbəri Əmirabbas Cəfəri deyib. O bildirib ki, Bazarqan-Korbulaq sərhədinin Türkiyə tərəfində İrana məxsus 500, Türkiyəyə məxsus 1500 yük avtomobilinin qar və çovğun səbəbindən İrana keçməsi ləngiyir: “50 kilometr uzunluğunda növbə yaranıb. Ötən gündən İranın Qırmızı Aypara Cəmiyyəti və Qərbi Azərbaycan əyalətinin Böhranı İdarəetmə Mərkəzinin əməkdaşları İrana məxsus yük maşınlarının sürücülərini isti paltar, yemək və digər ehtiyac maddələri ilə təmin etməyə başlayıblar.
 

Onun sözlərinə görə, həmin sürücülər havaların soyuması və yanacaqlarının bitməsi səbəbindən sərhəddə qalıblar. “Artıq ötən gündən 10 min litr yanacaq əraziyə çatdırılıb. Ümid edirik gələn 48 saat ərzində problem həllini tapacaq”.

 

Qeyd edək ki, ötən həftənin ortalarından İranın Qərbi Azərbaycan əyalətinə qar yağır. Bəzi yerlərdə qarın hündürlüyü 70 sm çatır.


Tags:  Türkiyə-İran sərhədində 50 km-lik növbə


RƏYLƏR


Top news