Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müğənnilərə qızıl satan biznes ledi öldürüldü - Bakıda

Müğənnilərə qızıl satan biznes ledi öldürüldü - Bakıda

Date: 5 January 2016 13:21

Bu gün Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, “Jewellery" zinət əşyaları mağazasının sahibəsi Məryəm adlı qadın “Nəsimi bazarı” ərazisindəki evində qətlə yetirilib.

Qonşuların sözlərinə görə, qadının başı kəsilmiş şəkildə meyiti tapılıb.

Nəsimi rayon Prokurorluğundan bildirilib ki, hazırda müstəntiqlər hadisə yerindədir. Araşdırma aparılır. 

Qeyd edək ki, mərhum biznes ledi şou-biznes nümayəndələri ilə yaxınlığı ilə tanınır. Mətanət İsgəndərli, Könül Kərimova, Mətanət Əsədova və başqa müğənnilər mağaza sahibəsinin daimi müştəriləridir.


Tags:  Müğənnilərə qızıl satan biznes ledi öldürüldü Bakıda

RƏYLƏR


Top news