850-yə yaxın dərmanın satışı niyə qadağan edilib?

850-yə yaxın dərmanın satışı niyə qadağan edilib?
13:22 5 Yanvar 2016
95 Digər
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyi tərəfindən bəzi dərman vasitələrinin dövriyyəsinə qadağa qoyulması onların tərkibi ilə əlaqədar hər hansı təhlükənin aşkarlanması ilə bağlı deyil.

Bunu Milli.Az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin "qaynar xətt"indən bildiriblər.

Mərkəzdən verilən məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən dövriyyəsi qadağan edilən seriyalı dərman vasitələrinin siyahısında olan dərmanlardan kim alıbsa, onlardan rahat istifadə edə bilərlər. Sadəcə siyahıda adları qeyd edilən 844 seriyalı dərman vasitəsinin dövriyyəsi bundan sonra qadağan edilir: "Məsələn, "Validol"un yalnız siyahıda göstərilən seriyasının satışına qadağa qoyulub, ümumçilikdə "Validol" dərmanının satışına qadağa qoyulmayıb. Biz bununla bağlı artıq apteklərə də məlumat vermişik. Siyahıda adları yer alan dərman vasitələrinin digər seriyaları satışda var və istəyənlər həmin preparatlardan ala bilərlər. Çünki qadağa yalnız siyahıda göstərilən dərman vasitələrinin seriyalarına aiddir, həmin adda bütün dərman vasitələrinə yox".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirib ki, Mərkəzin rəsmi internet səhifəsində qeyd olunan 844 dərman vasitəsi isə Səhiyyə Nazirliyinin icazəsi olmadan ölkəyə idxal olunub. Ona görə də onların dövriyyəsinə qadağa qoyulub. Lakin siyahıda adları olan dərmanların başqa seriyalarına bu qadağa şamil edilmir.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR