Mendeleyev cədvəlinə 4 yeni element əlavə edilib

Mendeleyev cədvəlinə 4 yeni element əlavə edilib
13:27 5 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Mendeleyevin dövri cədvəlinə 113, 115, 117 və 118 atom nömrəli 4 yeni element əlavə edilib. Milli.Az Report-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqının (IUPAC) saytında məlumat verilib.

Yeni elementlərin kəşfində əsas çətinlik onların daha yüngül elementlərin daha öncə qeyri-məlum olan izotoplarına parçalanması olub. Yeni elementlərin hər biri süni sintez olunub.

Yeni elementlərə "müvəqqəti" adlar verilib - ununtrium (Uut), ununpentium (Uup), ununseptium (Uus) və ununoktium (Uuo). Beş aydan sonra isə dövri cədvəldə onların əsl adları və ikihərfli işarələri məlum olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR