Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bərdədə kənd təsərrüfatı idarəsinin inzibati binasının tikintisi başa çatıb

Bərdədə kənd təsərrüfatı idarəsinin inzibati binasının tikintisi başa çatıb

Date: 5 January 2016 13:28


Bərdə, 5 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə şəhərində kənd təsərrüfatı idarəsi üçün inzibati laboratoriya binasında inşaat işləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə inşa edilən inzibati binanın tikintisini “Azəraqrartikinti” ASC-nin inşaatçıları yerinə yetirib. Üç mərtəbə və mansard hissədən ibarət binanın ümumi sahəsi 1522 kvadratmetrdir. Birinci mərtəbə 11 iş otağı, 2 laboratoriyadan, ikinci mərtəbə 8 iş otağı, 4 laboratoriyadan, üçüncü mərtəbə 8 iş otağı, 1 toplantı zalından, mansard hissə isə 4 iş otağı, təlim-tədris otağı, arxiv və mətbəxdən ibarətdir.
Binada baytarlıq idarəsi, dövlət texniki nəzarət müfəttişliyi, dövlət toxum müfəttişliyi, bitki mühafizə mərkəzi, süni mayalama mərkəzi fəaliyyət göstərəcək.

Tags:  Bərdədə kənd təsərrüfatı idarəsinin inzibati binasının tikintisi başa çatıb


RƏYLƏR


Top news