ABŞ həyəcan içində: "Rusiyanın nüvə və kibernetik təhlükəsi artır"

ABŞ həyəcan içində: "Rusiyanın nüvə və kibernetik təhlükəsi artır"
13:32 5 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

"Rusiyanın yeni milli təhlükəsizlik strategiyası Vaşinqtonun mövqeyini dəyişməyəcək. Rusiyanın yeni strategiyasında ABŞ təhlükəsi barədə danışılır. Biz isə Moskvanın təhlükə yaratdığını bildiririk".

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə ABŞ Baş Qərargahlar rəislərinin Birləşmiş Komandanlığının sədri general Cozef Danford bildirib.
 
Danford qeyd edib ki, amerikalı hərbçilər həmişə Rusiya potensialının inkişafına diqqət yetiriblər: "Rusiya ABŞ və onun müttəfiqləri üçün təhlükədir. Biz bunu onun davranışlarına, o cümlədən nüvə və kibernetik davranışlarına əsaslanaraq deyirik".
 
Eyni zamanda, general etiraf edib ki, hələlik Rusiyanın yeni milli təhlükəsizlik strategiyasının mətnini görməyib: "Mən növbəti nəticələrə gəlməmişdən öncə sənədi oxumaq istərdim".
 
Qeyd edək ki, Rusiya prezidenti Vladımır Putin dekabrın 31-də ölkənin yeni milli təhlükəsizlik strategiyası ilə bağlı sərəncam imzalayıb. Sənəddə NATO-nun hərbi aktivliyini artırması təhlükə sayılır və Rusiya sərhədinə yaxınlaşmasının yolverilməz olduğu bildirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR