Sumqayıt Dövlət Dram Teatrının binası əsaslı təmir olunur

Sumqayıt Dövlət Dram Teatrının binası əsaslı təmir olunur
13:33 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 5 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC 
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının binası əsaslı təmir olunur.
Teatrın direktoru İslam Həsənov AZƏRTAC–a bildirib ki, təmir dövründə teatr bağlanmayacaq. Təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan aparılacaq. Teatrda məşqlər aparılır, tamaşalar nümayiş etdiriləcək.
Hazırda truppa Albert Kamyunun “Kaliqula” əsəri əsasında hazırlanan tamaşanın məşqlərində iştirak edir. Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmovun quruluş verdiyi səhnə əsəri bu ilin ilk aylarında tamaşaçılara təqdim olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayit_Dovlet_Dram_Teatrinin_binasi_esasli_temir_olunur-916150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR