Lənkəranda yetkinlik yaşına çatmayanlardan ibarət oğurluq edən dəstə tutulub

Lənkəranda yetkinlik yaşına çatmayanlardan ibarət oğurluq edən dəstə tutulub
13:42 5 Yanvar 2016
89 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Lənkəranda silsilə oğurluqlar edən beş nəfərdən ibarət dəstə zərərsizləşdirilib. "Report" xəbər verir ki, yetkinlik yaşına çatmayan, oğurluqla məşqul olan dəstə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarınin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. 
Lənkəran ŞRPŞ-dən "Report"a bildirilib ki, dəstə üzvlərindən iki nəfər Bakı şəhər sakini, üç nəfər isə Lənkəran sakinləri olub və onlar Lənkəran şəhəri ərazisndə müxtəlif xatlarda oğurluqlar ediblər: "Dəstə üzvləri, ilk olaraq dekabrın 30-da, gecə vaxtı  Lənkəran şəhəri, Nizami küüçəsindəki qəzet köşkündən 600 manat dəyərində tütün məmulatları, 130 manat dəyərində mobil danışıq kartları və 70 manat nağd pul götürüblər. Daha sonra "Maqnit" mağazasından seyf və 50 manat nağd pulu mənimsəyiblər. Bundan əlavə yanvarın 2-dən 3-nə keçən gecə Liman şəhəri ərazisində ərzaq mağazasından ərzaq məhsulları və 200 manat nağd pul, yanvarın 3-dən 4-ə keçən gecə isə Həzi Aslanov küçəsində yerləşən gül və hədiyyə aksesuarları dükanından 350 manat dəyərində gümüş üzük və bilərziklər, 80 manat dəyərində alışqanları mənimsəyiblər. Daha sonra eyni tarixdə Zərifə Əliyeva küçəsindəki "Zəhra" mağazasından 865 manat dəyərində gümüş məmulatları və 150 manat nağd pulu oğurlayıblar. Lənkəran şəhərindəki "Ovçular" mağazasına giriş qapısının üzərində olan dəmir jalüzü açaraq, mağazaya daxil olan dəstə üzvləri mağazadan dəyəri  2100 manat olan iki ədəd ov silahını oğurlayıblar. Saxlanılaraq istintaqa cəlb olunan Rzayev Ağa Zakir oğlu, Məmmədov Nihad Süleyman oğlu, Quluzadə Vüsal Elman oğlu, Rzazadə Famil Allahverdi oğlu və Bədəlov Taleh Heydər oğlu törətdikləri əməlləri etiraf ediblər.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/lenkeranda-yetkinlik-yasina-catmayanlardan-ibaret-ogurluq-eden-deste-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR