Acun onu da TV8-ə gətirdi - foto

Acun onu da TV8-ə gətirdi - foto
13:46 5 Yanvar 2016
88 Şou
Ölkə mətbuatı
A- A+

TV8-in rəhbəri Acun İlıcalı telekanalın gündüz saatlarını aktivləşdirmək üçün evlilik proqramı açır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, maddi sıxıntı çəkən müğənni Söngül Karlı ilə müqavilə bağlayaraq onu işə götürüb.

Daha əvvəl Fox TV-də Uğur Arslanla birlikdə evlilik proqramını təqdim edən ifaçı yanvarın 11-dən etibarən, Bakı vaxtı ilə saat 14:30-da TV8-də aparıcılıq edəcək. Proqram təkcə evlilikdən ibarət olmayacaq. Şəfa axtaranlar, aldadılanlar, işsizlər, evlilik problemi olanlar və digərləri verilişdə iştirak edəcək.

Qeyd edək ki, Acun keçən il Esra Erolun evlilik proqramını öz kanalına transfer etmək istəsə də, bu, baş tutmamışdı.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43644

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR