Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dekabr ayında mediada fərqlənən sığorta şirkətləri - REYTİNQ

Dekabr ayında mediada fərqlənən sığorta şirkətləri - REYTİNQ

Date: 5 January 2016 13:47

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb. 

Milli.Az bildirir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. 

Sığorta şirkətləri ilə bağlı dekabr ayı üzrə məlumatları təqdim edirik.

2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 1535 xəbər yerləşdirilib. Bunlardan 1393-ü neytral, 137-si mənfi, 5-i isə müsbət xəbərlərdir.
Qarant Sığorta (117 xəbər - ləğv olunub), Azərbaycan Sənaye Sığorta (9 xəbər - vətəndaşları aldadıb) və Bakı Sığorta (5 xəbər - sürücünün ziyanını ödəməyib) şirkətləri mənfi xəbərlər arasında liderdirlər.
5 müsbət xəbər isə (sığorta şirkətinin beynəlxalq reytinq alması) AzSığorta şirkətinə məxsusdur.

Xəbər sayına görə sıralama:

1.    Paşa Sığorta                            190 xəbər
2.    Paşa Həyat Sığorta                        168 xəbər
3.    Qarant Sığorta                            139 xəbər
4.    AXA MBASK Sığorta                    105 xəbər
5.    ATA Sığorta                            97 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 65 xəbər dərc edilib. Bu xəbərlərdən 60-ı neytral, 5-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında lider Qarant Sığorta (3 xəbər - ləğv olunub) şirkətidir. 

Xəbər sayına görə sıralama:

1.    Paşa Həyat Sığorta                        17 xəbər
2.    Dövlət Sığorta Kommersiya Şirkəti                5 xəbər
3.    ATA Sığorta                            5 xəbər
4.    Paşa Sığorta                            4 xəbər
5.    Atəşgah Sığorta                        4 xəbər

Dekabr ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 1 xəbər göstərilib. Bu xəbər Qarant Sığorta şirkətinə məxsus mənfi xəbərdir.

Milli.Az


Tags:  Dekabr ayında mediada fərqlənən sığorta şirkətləri REYTİNQ


RƏYLƏR


Top news