Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Səhiyyə naziri vətəndaşları qəbul edəcək

Səhiyyə naziri vətəndaşları qəbul edəcək

Date: 5 January 2016 13:52

Səhiyyə naziri Oqtay Şirəliyev Ucarda vətəndaşları qəbul edəcək. Bu barədə Report-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbul yanvarın 6-da saat 14:00-da olacaq. Ucar Rayon Mərkəzi Xəstəxanasında baş tutacaq görüşdə Ucar, Göyçay, Ağdaş, Ağsu və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Milli.Az


Tags:  Səhiyyə naziri vətəndaşları qəbul edəcək


RƏYLƏR


Top news