Dollar rekord vurdu

Dollar rekord vurdu
14:01 5 Yanvar 2016
598 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı və İran arasında yaranan gərgin münasibətlər neft ilə yanaşı bəzi valyutalara da təsirsiz ötüşməyib. ANS PRESS-in məlumatına görə, bu gərginlikdən ən çox ziyan çəkən isə Türkiyə milli valyutası lirə olub.

Belə ki, lirə dəyər itirərək son zamanların ən aşağı səviyyəsinə - 2.98-ə düşüb.

ANS PRESS-in məlumatına görə, 2015-ci il dekabrın 31-də 2.9100-2.9120 arasında olan dollar bu bu gün 3 liraya yaxınlaşıb.

Avro da türk lirəsi qarşısında möhkəmlənib - 3,2152.

Məlumat üçün bildirək ki, 2015-ci ilin əvvəlində dollar 2,50- 2,63 türk lirəsi idi. Avqust ayında isə lirənin məzənnəsi ilin ən aşağı səviyyəsində olub - 1 dollar - 3 lirə.



2015-ci ilin avqust ayına kimi dolların məzənnəsi


İki böyük dövlət arasında yaranan gərginlik fonunda neftin qiymətində də ötən gün cüzi bahalaşama olsa da, bu gün yenidən qiymət aşağı düşüb. Hazırda dünya bazarlarında “Brent” markalı neftin qiyməti 37.33 dollara,
“Texas” markalı neftin qiymətin isə 36.84 dollara düşüb.


Mənbə: Bloomberg

Şiə din alimi Nimr Baqir ən Nimrin və 47 nəfərin Səudiyyə Ərəbistanında edam edilməsi İran və ümumilikdə dünya şiələri tərəfindən etirazla qarşılanıb.
İranda qarşı tərəfin səfirlik binasına raketli hücum olub. Səudiyyə Ərəbistanı isə iranlı diplomatların ölkəni tərk etməsi üçün vaxt vermişdi.

Bu hadisədən sonra Küveyt, Bəhreyn, Sudan da İranla əlaqələrini kəsib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR