Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda məhşur qızıl alverçisi qətlə yetirildi

Bakıda məhşur qızıl alverçisi qətlə yetirildi

Date: 5 January 2016 14:03

Bakı. Samir Məmmədov - Trend:

Bakıda dəhşətli qətl hadisəısi baş verib. Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 17 ünvanında baş verib.

Həmin mənzildə yaşayan Məryam Nametzadə mənzilində bıçaqla qətlə yetirilib. Qadının meyiti başı kəsilmiş vəziyyətdə aşkarlanıb. Hazırda hadisə yerində polis və prokurorluq əməkdaşları araşdırma aparır.

Məlumata görə, meyit artıq məhkəmə ekspertizasına göndərilib. Hadisənin kim və kimlər tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı 120.1-ci ( Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məlumata görə, qətlə yetirilən qadın uzun müddət bahalı qızıl və zinyət əşyalarının satışı və kirayəsi ilə məşğul olub. -

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bakıda məhşur qızıl alverçisi qətlə yetirildi

RƏYLƏR


Top news