Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

143 ölü, 11 pilotsuz uçan aparat - Ermənilərin ötənilki itkiləri

143 ölü, 11 pilotsuz uçan aparat - Ermənilərin ötənilki itkiləri

Date: 5 January 2016 14:04

 

Ermənistan Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə cəbhə xəttində atəşkəs rejimi ümumilikdə 8830 dəfə pozulub.

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə görə, 2015-ci ilin yanvar ayında 714, fevralda 625, martda 682, apreldə 575, mayda 728, iyunda 738, iyulda 819, avqustda 836, sentyabrda 828, oktyabrda 695, noyabrda 773, dekabrda 817 atəşkəs pozuntusu faktı qeydə alınıb.

 

 

Erməni silahlı bölmələri atəşkəs rejimini ən çox avqust ayında pozublar - 836 dəfə.

 

Ötən il Qarabağ cəbhəsində Ağdam vəFüzuli istiqaməti ən gərgin ərazi olub. 

 

Ağdam istiqamətində atəşkəs 2597,Füzuli istiqamətində isə 1726 dəfə pozulub. Qalan atəşkəs pozuntuları isə digər rayonların payına düşür.

 

Atəşkəs pozuntularının böyük hissəsi Qarabağ cəbhəsində baş verib.

 

2015-ci ildə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb. 

 

Eyni zamanda, erməni silahlı bölmələri ötən il Azərbaycanın yaşayış məntəqələrini də atəşə tutub.

 

Ötən il cəbhədə baş vermiş döyüş toqquşmaları nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbələr vurublar. Ermənistan Silahlı Qüvvələrinə məxsus sığınacaqlara endirilən sərrast zərbələr nəticəsində erməni tərəfinin xeyli canlı qüvvəsi və texnikası sıradan çıxarılıb. Düşmən ümumilikdə il ərzində 143 ölü və 100-dən çox yaralı itki verib.

 

2015-ci ildə Ermənistan Silahlı Qüvvələrinə məxsus 11 kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Azərbaycan Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə məhv edilib.

 

2015-ci ildə Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisi Azərbaycan tərəfə təslim olub.

 

Ötən il qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimiz 19 şəhid verib.

 


Tags:  143 ölü 11 pilotsuz uçan aparat Ermənilərin ötənilki itkiləri

RƏYLƏR


Top news