ABŞ Dövlət Departamentinin rəsmisi motosikletdən yıxıldı

ABŞ Dövlət Departamentinin rəsmisi motosikletdən yıxıldı
14:06 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi 2016-cı ili zədəli qarşılayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Con Kirbi jurnalistlərə özü məlumat verib.

Departament sözçüsü 2016-cı ildə keçirdiyi ilk brifinqdə qəzaya düşdüyünü açıqlayıb. Dövlət nümayəndəsi məzuniyyətdə olarkən motosikletdən yıxılıb.

Başına gələn hadisəni Con Kirbi kiçik qəza adlandırıb. Hadisə barədə isə o, jurnalistlərin “tətil günlərini necə keçirdiniz?” sualına cavab verərkən danışıb:

“Bayramda başıma yüngül hadisə gəldi. Yaxşı olar ki, mən motosikletdənsə, velosipedlə gəzim” deyə Kirbi cavab verib.

Bundan əvvəlsə, Con Kirbinin rəhbəri Con Kerri də velosipeddən yıxılaraq zədə almışdı. 2015-ci ilin mayında baş verən hadisə ABŞ-ın dövlət katibinin İranın nüvə məsələsi ilə bağlı vacib görüşlər keçirməsinə də mane olmuşdu.

Belə ki, Con Kerri Fransada olarkən velosiped gəzintisinə çıxıb, amma dairəvi hərəkət zamanı yıxılaraq bud nahiyəsindən zədə almışdı. Amma əməliyyat nəticəsində dövlət katibi tezliklə ayağa qalxmışdı.


Con Kerri - ABŞ Dövlət Departamentinin katibi


Oxşar hadisə Amerika Dövlət Departamentinin digər nümayəndəsi Cen Psakinin da başına gəlmişdi. Brifinqlərdən birinə o, ayağında uzun qara çəkmə ilə gəlmişdi. Cen Psaki necə zədələnməsi barədə açıqlama verməsə də, ayağındakı gipsin 6 həftə qalacağını bildirmişdi.



Cen Psaki brifinqə bir ayağında uzunboğaz çəkmə ilə gəlib



Yeni il tətilində zədə alan rəsmilərdən biri də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. 2010-cu ilin yanvarında hələ baş nazir olarkən ailəsi ilə birlikdə Antalyada kurortda istirahət edən Ərdoğansa futbol oynayarkən yıxılmış və çiynindən zədələnmişdi. Xüsusi təyyarə vasitəsilə İstanbul klinikalarından birinə çatdırılan Rəcəb Tayyib Ərdoğan da qəzadan canını yüngül qurtara bilmişdi.



Rəcəb Tayyib Ərdoğan futbol oynayarkən






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR