​"The Washington Times": "Neftin ucuzlaşması Putini yeni hərbi sürprizlər etməyə vadar edə bilər"

​"The Washington Times": "Neftin ucuzlaşması Putini yeni hərbi sürprizlər etməyə vadar edə bilər"
14:07 5 Yanvar 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ "Son illər Rusiya prezidenti Vladimir Putin dünyaya bir neçə dəfə hərbi sürprizlər təşkil edib. Neftin ucuzlaşması Putini yeni hərbi sürprizlər etməyə vadar edə bilər".
"Report" xəbər verir ki, bu haqda "The Washington Times" qəzetindəki məqalədə bildirilib.
Məqalə müəllifi L.Todd Vudun qənaətincə 2016-cı ildə Kremldən yeni geopolitik sürprizlər də gözləmək olar.
"Neftin qiyməti ucuzlaşıb, onun bahalaşması üçün katalizator yoxdur. Yaxın gələcəkdə Rusiyanın xəzinəsinin dolması mümkünsüzdür. Belə bir ssenari Kreml üçün dözülməz təzyiq ola bilər. Bundan başqa, Rusiya ordunu modernləşdirməyə cəhjd göstərir. Bu isə xalqın həyat səviyyəsinin yüksəlməsi ilə ziddiyyət təşkil edir.
Putin xalqı daxili problemlərdən yayındırmaq üçün beynəlxalq münaqişələrdən çox bacarıqla istifadə edir.
Rusiya cəmiyyətinin narazılığını beynəlxalq aləmdə əlavə hərbi addım atmaqla aradan qaldıra bilər. İran-Rusiya-Suriya Yaxın Şərqdə maraqlı yeni təsiredici oxdur.
Rusiya neftin qiymətini qaldırmaq üçün bölgədəki neft rayonlarını hərbi yolla tuta, yaxud ələ keçirmək istəyi ilə bağlı hay-küy sala bilər".

Xəbərin orijinal ünvanı: http://report.az/region/the-washington-times-neftin-ucuzlasmasi-putini-yeni-herbi-surprizler-etmeye-vadar-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR