Dünyanın ən nümunəvi cütlüklərindən biri hesab olunan Devid Bekhem ilə Viktoriya Bekhemin sevgilərinin həddi bitmir.

Cütlük bir-birilərinə olan məhəbbətlərini hər fürsətdə pərəstişkarlarına nümayış etdirirlər.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkədə aktiv olan Devid Bekhem “İnstaqram” səhifəsində həyat yoldaşının və balaca qızı Harperin şəklini yayıb.

O, çimərlikdə istirahət edən zaman təsirli şəkil çəkərək “Ana , Mən və qürub qız” yazıb.

Sevgisini həyat yoldaşının çılpaq şəklini yaymaqla bildirdi (FOTO)
Bekhemin "İnstaqram" səhifəsi


1999-cu ildə Viktoriya "Mançester Yunayted"in əfsanəsi Devid Bekhemlə ailə həyatı qurub. Hazırda cütlüyün 4 uşağı var: 16 yaşlı Bruklin, 13 yaşlı Romeo, 10 yaşlı Kruiz Devid və 4 yaşlı qız Xarper Seven.

Sevgisini həyat yoldaşının çılpaq şəklini yaymaqla bildirdi (FOTO)
Devid Bekhem və Viktoriya Bekhem


Devid Bekhem 2015-ci ilin "ən seksual kişisi" seçilib. Onu bu ada "People" jurnalı layiq görüb. Jurnal bu siyahını hər il ənənəvi olaraq tərtib edir.

Sevgisini həyat yoldaşının çılpaq şəklini yaymaqla bildirdi (FOTO)
Devid Bekhemin ailəsi