Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tofiq Bəhramovun qərarı düz çıxdı - 50 il sonra

Tofiq Bəhramovun qərarı düz çıxdı -   50 il sonra

Date: 5 January 2016 14:17

İngiltərədə dünya futbolunda ən mübahisəli epizodlardan birinin təhlili aparılıb. 


Fanat.az xəbər verir ki, dünən axşamdan bugünə keçən gecə "Skay Sport" telekanalında 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatının finalında azərbaycanlı laynsman Tofiq Bəhramovun qərarı son texnologiyalara əsasən araşdırılıb. 


Araşdırmada İngiltərə millisinin və "Liverpul"un sabiq mərkəz müdafiəçisi Ceymi Karraqer və aparıcı Ed Çembers iştirak edib. Sevindirici haldır ki, göstəricilər azərbaycanlı hakimin İngiltərə - Almaniya oyununda meydan sahiblərinin xeyrinə verdiyi qərarın düzgün olduğunu aşkara çıxarıb.


Qeyd edək ki, 1966-cı ildə yan xətt hakimi olmuş Tofiq Bəhramov hesab 2:2 olarkən matçın əlavə 30 dəqiqəliyində Ceffri Herstin vurduğu qolun qapı xəttini keçdiyini əminliklə isveçrəli referi Qotfrid Dinstə bildirib. İngilislər həmin oyunda almanlara 4:2 qalib gəlsə də, artıq 50 il idi ki, bu qolun qapını keçib-keçmədiyi müzakirə olunurdu.





Fanat.az


Tags:  Tofiq Bəhramovun qərarı düz çıxdı 50 il sonra

RƏYLƏR


Top news