Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Proqnoz: Dollar sürətlə bahalaşacaq

Bu gün dollar sürətlə bahalaşacaq - Bu xəbərə diqqət! (28 Fevral 2017 12:46)
Neft bahalaşacaq - ​PROQNOZ VERİLDİ! (24 Fevral 2017 16:18)
"Fitch" Azərbaycanda dolların məzənnəsi ilə bağlı proqnoz hazırlayıb (24 Fevral 2017 09:32)

Tarix: 5 Yanvar 2016 14:17

"Report" xəbər verir ki, FES-in növbəti iclası fevralın 1-də olacaq və bu iclasda uçot dərəcəsinin artırılması gözlənilmir. Lakin "Report"un analitik qrupu martın 15-də keçiriləcək növbəti iclasda uçot dərəcəsinin 0,25-0,50 faiz bəndi artırılmasını proqnozlaşdırır. FES rəhbərliyindən gələn açıqlamalarda uçot dərəcəsinin artırılması üçün qlobal bazarda sabitliyin olması şərtinin irəli sürüldüyü diqqətə çarpır. Bu da, martın əvvəlindən dünya bazarında istər fond birjaları, istər əmtəə qiymətləri, istərsə də valyuta cütlüklərinin pozitiv əhval-ruhiyyədə olması zərurəti yaradır. "Lakin dolların möhkəmlənməsi də qaçılmazdır. Deməli, dollarınn möhkəmlənməsi daha erkən, yəni artıq bu gündən baş tutacaq və bununla paralel dünya fond birjaları və əmtəə qiymətləri də kəskin azalacaq", - deyə analitiklər qeyd edir.
"Report"un analitik qrupu dollar/avro məzənnəsinin artıq fevralın ortasına qədər 0,95-0,98 USD/EUR diapazonuna enəcəyini proqnozlaşdırır: "Daha sonra, aprel ayının əvvəlinə qədər məzənnə yenidən paritetin üstünə çıxacaq. Dolların möhkəmlənməsinə Avropa Mərkəzi Bankının (ECB) monetar ekspansiya qərarında tərəddüd etməsi də dəstək verir".
"Azərbaycanda isə dolların rəsmi məzənnəsinin fevralın 15-dək 1,60 AZN/USD-yə qədər yüksələcəyi, mütəşəkkil valyuta bazarında isə 1,70-1,75 AZN/USD aralığında olacağı ehtimal edilir", - deyə Agentliyin ekspertləri bildiriblər.

Teqlər:  Proqnoz Dollar sürətlə bahalaşacaq



RƏYLƏR


Top xəbərlər