Faiq Ağayevin niyə prodüseri yoxdur?

Faiq Ağayevin niyə prodüseri yoxdur?
14:26 5 Yanvar 2016
36 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Faiq Ağayev heç vaxt prodüserinin olmamasından danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni hər zaman menecerlə çalışdığını bildirib:

“Prodüser sözünün mənası yaradandır. Müğənni kimi mən özüm-özümü yaratmışam. İnsan kimi məni valideynlərim yaradıb. Mənim menecerlərim olub. Azərbaycan estradasında danılmaz prodüserlər var. Aygün Kazımovanı bir müğənni kimi Vaqif Gərayzadə kəşf edib. Xaricə nəzər salsaq görərik ki, bu gün məşhur olan bir çox müğənnilər böyük studiyalara səs yazılarını göndəriblər. Onları belə kəşf ediblər. Bizdə elə imkan yoxdur. Sovet vaxtında varıydı. Prodüser hökumət idi, konsertlər edirdi. İndi hərə özünə görə ayrı-ayrılıqda mübarizə aparır”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR