Keçən il 142-“Çağrı mərkəzi” 111 386 müraciəti cavablandırıb

Keçən il 142-“Çağrı mərkəzi”  111 386 müraciəti cavablandırıb
14:37 5 Yanvar 2016
13 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi” 12 508 müraciət cavablandırıb. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, müraciətlərdən 4 857-si (38,8%) sosial təminat, 2 775-i (22,2%) əmək qanunvericiliyi, 2 122-si (17 %) nazirliyin elektron xidmətlərindən istifadə, 1 484-ü (11,9%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və 1 270-i (10,1%) məşğulluq məsələlərini əhatə edib. Müraciətlərin 11 762-si (94%) qeyd olunan sahələrlə bağlı sorğu xarakteri daşıyıb və sorğularla bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib. Daxil olan 746 müraciətdə isə müvafiq sahələrlə əlaqədar təklif və şikayətlər ifadə olunub və həmin müraciətlər araşdırılaraq cavablandırılması üçün müraciət vərəqəsi tərtib edilməklə nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.
Müraciətlər ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə 37% artıb.
Ümumilikdə 2015-ci il ərzində 142-“Çağrı mərkəzi” 111 386 müraciət cavablandırıb ki, onlardan 40,4%-i sosial təminat, 23,9%-i əmək qanunvericiliyi, 16,2%-i nazirliyin elektron xidmətlərindən istifadə, 11%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 8,5%-i məşğulluq məsələlərinə aid olub.  

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/kecen-il-142-cagri-merkezi-111-386-muracieti-cavablandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR