Amerikanın məşhur müğənnisi Lana Del Rey "heyranlar"ı tərəfindən təhdid olunub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni onu daima izləyən iki fanatının hərəkətlərindən narahatdır. Müğənni e-mail hesabına "heyranlar"ı tərəfindən qorxu və şiddət məzmunlu videolar və təhdidlər gəldiyini bildirib.
Qeyd edək ki, onu təhdid edənlər rus əsilli Nataliya Krinitsına və Luliya Vladimirova Pozdinadır.
Milli.Az