Bakı, 5 yanvar, AZƏRTAC
Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri, rejissor İntiqam Soltan Şimali Kipr Türk Cümhuriyyətində bir sıra görüşlər keçirib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər Şimali Kipr Türk Cümhuriyyətinin Narkotika ilə Mübarizə Komissiyasının rəhbəri Hasan Karaokçunun dəvəti ilə reallaşıb.
Tədbir çərçivəsində İntiqam Soltanın Kiprdə tamaşa hazırlaması məsələsi müzakirə olunub. Narkomaniya ilə mübarizə kompaniyası çərçivəsində demək olar ki, Azərbaycanın bütün rayon, universitet və kolleclərində nümayiş olunmuş, ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan olan “Həyatla oyun” tamaşasının Kiprdə səhnələşdirilməsi planlaşdırılır. Azərbaycan və Kipr aktyorlarının birgə ifasında bu tamaşanın hər ikim ölkədə nümayişi nəzərdə tutulur.