Səhiyyə Nazirliyindən dərmanlarla bağlı əhaliyə MÜRACİƏT

Səhiyyə Nazirliyindən dərmanlarla bağlı əhaliyə MÜRACİƏT
14:39 5 Yanvar 2016
54 Sosial
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyi dərmanların təhlükəsizliyi ilə  bağlı əhaliyə müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətdə qeyd edilir k, bir sıra Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri öz mətbu orqanlarında illər boyu müxtəlif səbəblərdən ləğv edilmiş (qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş və.s) dərman preparatlarının siyahısını yerləşdirib və bu da əhali arasında çaşqınlığa səbəb olub.

Məlumat üçün bildirilir ki, qadağan olunmuş seriyalardan olan dərman preparatları mütəmadi olaraq aptek şəbəkələrindən çıxarılır.

"Səhiyyə Nazirliyi tərəfindən vətəndaşların diqqətinə o da çatdırılır ki, dərman bazarında vəziyyət stabildir, dərmanların, keyfiyyəti və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzindədir".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR