Evlənmə təklifi edən, həzin musiqidən duyğulanan heyvanlar - FOTO

Evlənmə təklifi edən, həzin musiqidən duyğulanan heyvanlar - FOTO
14:42 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Vəhşi və yaxud evcil olmasından asılı olmayaraq heyvanlar aləmi hər zaman insanların diqqətini cəlb edib. Onlar həm bizi güldürür, həm də çox zaman hərəkətləri ilə böyük dərs verirlər.

Qafqazinfo xarici KİV-ə istinadən heyvanlar haqqında maraqlı və günümüzü rəngləndirəcək məlumatları təqdim edir:

Su samurları yatan zaman bir-birlərindən ayrı düşməmək üçün əl-ələ tutur.

İnsanlar evlənmək istədiklərini üzüklə, pinqvinlər isə çınqıllarla ifadə edirlər. Belə ki, Papua pinqvinləri evlənmək istədikləri dişi pinqvinə çınqıl verir.

Pişik və itlərin burunları insanın əl izi kimi bənzərsizdir.

Delfinlər bir-birlərinə hər zaman müxtəlif adlarla səslənir.

İnəklər də aşiq ola bilir. Bundan başqa, bu heyvanlar həzin musiqidə daha çox süd verir.

Meduzaların ömür boyu bir yoldaşı olur. Onlar səyahət edən zaman quyruqları ilə bir-birlərindən tuturlar.

Keçilər də insanlar kimi şivəli danışır.

Dələlər tədarük üçün topladıqları qozları torpağa basdırır. Sonradan basdırdığı qozların yerini itirən dələlər sayəsində hər il minlərlə yeni qoz ağacı bitir. Dələlər haqqında başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, bu gəmiricilər tək qalmış bir dələ balası tapan zaman ona sahib çıxaraq böyüdür.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR