Tanınmışların 2016-cı ildəki planları: "Toy olacaq"

Tanınmışların 2016-cı ildəki planları:  "Toy olacaq"
14:51 5 Yanvar 2016
55 Şou
Ölkə mətbuatı
A- A+

Sənət aləminin tanınmış simaları 2016-cı ildə də pərəstişkarlarının qarşısına yeniliklərlə çıxacaq.

Axşam.az sorğu apararaq, məşhurların bu ilki planlarını soruşub:

Xalq artisti Faiq Ağayev:

“2016-cı ildə yeni mahnılarım olacaq. Dinləyicilərimi bunlarla sevindirəcəm”.

Xalq artisti Aygün Kazımova:

“Türkiyə ilə layihələrim davam edəcək. İlin ilk günlərində “Səni belə sevmədilər" mahnıma klip çəkdirəcəm. Bunun üçün Türkiyədən Bakıya böyük yaradıcı heyət gələcək”.

Xalq artisti Nazpəri Dostəliyeva:

“Bu il bir çox layihələr reallaşdıracam. Bunlar arasında Türkiyə ilə bağlı planlar da var. Qardaş ölkədən bir neçə təklif almışam. İçlərindən mənə uyğun olanını seçib, qəbul edəcəm”.

Əməkdar artist Manana:

“Yeni mahnılarım, səfərlərim olacaq. Ola bilsin ki, tamaşaçılar bu il məni başqa ampulada da görsünlər. Aktrisalıq fəaliyyətim olacaq. Bəlkə komediya filmində də çəkildim”.

Əməkdar artist Lalə Məmmədova:

“Ötən il norveçli bir fotoqrafla maraqlı layihə etdik. 2016-cı ildə isə stilist Elnur Həsənovla birlikdə maraqlı layihə edəcəyik. Arzularım çoxdur, amma qayğılarım da var. İstədiklərimi tam reallaşdıra bilmirəm. “Dan ulduzu” ansamblı ilə yaxşı layihəmiz olacaq”.

Əməkdar artist Röya Ayxan:

“2016-cı ildə Türkiyədəki layihələrim davam edəcək. Orada heç kimin ağlına gəlməyən bir müğənni ilə duet oxuyacam”.

Müğənni Zamiq Hüseynov:

“Bu il həyatımda dəyişiklik olacaq. Evlənməyi düşünürəm. Toy olacaq. Bir də yeni mahnılar, kliplər təqdim edəcəyəm".

Müğənni-bəstəkar Murad Arif:

“2015-ci ildəki fəaliyyətimdən məmnunam. Hit mahnılarım oldu. Şəxsi həyatımda da böyük üstünlüklər oldu, xoşbəxtəm. Bu ildə eyni gözəllikləri yaşamağı ümid edirəm”.

Rəqqasə Fatimə Fətəliyeva:

“Ötən il dayanmadan çalışdım, yeni layihələr təqdim etdim. İnanıram ki, 2016-cı il də uğurlu olacaq. Bu il "Banu” rəqs məktəbinin konsertini edəcəm. Rəşid Behbudov adına Teatrda baş tutacaq. Bu dəfə səhnəyə tələbələrim çıxacaq”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR