Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Elnur evə qapanıb, öz üzərində işləmək istəmir"

"Elnur evə qapanıb, öz üzərində işləmək istəmir"

Date: 5 January 2016 14:56

Keçən il “O səs Türkiyə” yarışmasında birinci olan azərbaycanlı müğənni Elnur Hüseynov uzun müddətdir ki, gündəmdən uzaq düşüb.

Axşam.az-ın azvision.az-a istinadən məlumatına görə, bəstəkar, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə Elnurun onunla əlaqə saxlamadığını söyləyib.

“Elnur mənimlə əlaqə saxlamır. Bilmirəm indi haradadır, nə işi görür. Bir müddət öncə türk şairə Ayşə Birgül Yılmazla əlaqə saxladım. O, Elnurun Türkiyənin məşhur “Enbe” orkestri ilə çalışdığını dedi”.

Şairə xanım Ayşə Birgül Yılmaz isə Elnur Hüseynovun Türkiyədə ev aldığını və Bakıdan birdəfəlik köçdüyünü bildirib.

“Bir müddət öncə Elnurla mesajlaşdıq. O, mənə zəng edəcəyini söylədi. Biz onunla şəhərin eyni istiqamətində yaşayırıq. O, əvvəlcə mənə dedi ki, “Avropa Music” şirkəti ilə çalışacaq, yeni albom hazırlayacaq. Sonra bildirdi ki, bütün mahnıları özü hazırlayacaq. Elnurdan baş açmaq olmur. O, evə qapanıb, öz üzərində işləmək istəmir. Elnur hazırda yeni evində yaşayır. Bizimlə də əlaqə saxlamır”.


Tags:  Elnur evə qapanıb öz üzərində işləmək istəmir

RƏYLƏR


Top news