​Azərbaycanda son beş ildə körpələrə Ömər adı Məhəmməd adından daha çox verilib

​Azərbaycanda son beş ildə körpələrə Ömər adı Məhəmməd adından daha çox verilib
14:57 5 Yanvar 2016
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Son beş ildə Azərbaycanda uşaqlara verilən adlar siyahısında Ömər adı Məhəmməd adını üstələyib.
"Report" Ədliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, son beş ildə doğulan oğlan uşaqlarından 7300-nə Ömər, 7235-nə isə Məhəmməd adı qoyulub.
Əgər 2011-ci ildə doğulan 1424 körpəyə Ömər adı verilmişdisə, 2015-ci ildə bu rəqəm 1672 olub.
2011-ci ildə 1920, ötən il isə 1492 körpəyə Məhəmməd adı verilib.
Son beş ildə doğulan uşaqlardan 16756-sı Yusif, 16126-sı Zəhra, 12238-i Nuray, 11660 nəfəri Fatimə, 11526-sı Hüseyn, 11362-si Əli, 7769-u Aylin, 7653-ü Ayan, 7506-sı Zeynəb, 7300 nəfəri isə Ömər adlandırılıb.
Qeyd edək ki, Məhəmməd adı ən çox qoyulan adlar arasında 11-ci sırada olub.  

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanda-son-bes-ilde-korpelere-omer-adi-mehemmed-adindan-daha-cox-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR