Dünyanın ən bahalı futbolçuları - Messi 1-ci, Ronaldo 4-cü

Dünyanın ən bahalı futbolçuları -   Messi 1-ci, Ronaldo 4-cü
15:27 5 Yanvar 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi  (CİES) Avropanın 5 ən böyük liqasında çıxış edən oyunçuların dəyərini müəyyən etmək məqsədi ilə araşdırma aparıb.


Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, araşdırmalar zamanı futbolçuların klubları və milli komandadakı vəziyyəti, müqavilələrinin  müddəti, yaşları, mövqeləri və çıxışlarına əsasən siyahı hazırlanıb. Siyahıda "Barselona"nın futbolçusu Lionel Messi ilk pillədə yer alıb.  Onun dəyərinin 250 milyon 700 min avro olduğu bildirilib. Neymar ikinci, Eden Hazard üçüncü olub. Kriştiano Ronaldo isə siyahının dördüncü pilləsində qərarlaşıb


Dünyanın ən bahalı 10 futbolçusu aşağıda adları qeyd olunanlardır:


1. Lionel Messi ("Barselona") - 250 milyon 700 min avro

2. Neymar ("Barselona") - 152 milyon 700 min avro

3. Eden Hazard ("Çelsi") - 130 milyon 500 min avro

4. Kriştiano Ronaldo ("Real") - 114 milyon avro

5. Harri Keyn ("Tottenhem") - 91 milyon 300 min avro

6. Rahim Sterlinq ("Mançester Siti") - 98 milyon 800 min avro

7. Antuan Qrizmann ("Atletiko") - 88 milyon 300 min avro

8. Luis Suares ("Barselona") - 86 milyon 300 min avro

9. Serxio Aquero ("Mançester Siti") - 82 milyon 100 min avro

10. Aleksis Sançes ("Arsenal") - 81 milyon 900 min avro


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dunyann-n-bahal-futbolcular-t46581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR