Dalğa 9 miqrantın cəsədini sahilə vurdu

Dalğa 9 miqrantın cəsədini sahilə vurdu
15:31 5 Yanvar 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə növbəti miqrant faciəsi yaşanıb. Daha rahat həyat üçün Avropaya üz tutan miqrantları daşıyan qayıq batıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, içərisində 22 miqrant olan rezin qayıq İzmirin Dikili rayonu ərazisindən Yunanıstanın Midilli adasına gedirmiş.

Dənizə düşən miqrantlardan 9-nun cəsədi Balıkəsirin Ayvalık rayonunda dəniz sahilinə çıxıb. Onlardan çoxunun uşaq olduğu bildirilir.

Sularda xilasetmə xidməti 12 miqrantın həyatını xilas edib. Ölənlərin sayının artacağı istisna edilmir.
Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Dəniz sahlinə çıxan meyitlər

Miqrant problemi ötən ilin ən aktual problemi olub. Ancaq dekabr ayında Türkiyədə bir neçə dəfə miqrantları daşıyan qayıq batıb. Son dəfə dekabrın 19-da da Türkiyədə miqrant faciəsi yaşanıb. Muğlanın Bodrum rayonunda Yunanıstana keçmək istəyən miqrantla dolu gəmi batıb.
Gəmidə olan 32 miqrantdan 18 nəfəri Egeyin soyuq sularında batıb.

Avropaya miqrant axınının artma səbəblərindən biri Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir.
Bir neçə ay öncə Egey dənizində batan qayıqlarda həyatını itirən uşaqların şəkilləri bütün dünyanı dərindən sarsıdıb.
Meyiti Türkiyə sahilinə çıxan 3 yaşlı Aylan Kurdi miqrant faciəsinin simvoluna çevrilmişdi.


Miqrantları daşıyan qayıq


Aylan Kürdi- cəsədi sahilə çıxan körpə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR