Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Miqrant faciəsi davam edir: 20 cəsəd sahilə çıxdı

Miqrant faciəsi davam edir: 20 cəsəd sahilə çıxdı

Date: 5 January 2016 15:49

Türkiyənin Balıkesir şəhərinin Ayvalık qəsəbinindən  Yunanıstana keçmək istəyən miqrantları daşıyan qayıq batıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bu gün səhər saat 05:00 radələrində qaçaq miqrant faciələrinə yeni biri daha əlavə olunub. Qəsəbə sahillərinə 13 miqrantın cəsədi vurub.

 

Belə ki, bu gün səhər saatlarında Yunanıstanın Midilli adasına keçmək üçün dənizdə yola çıxan 22 qaçaq miqrantı daşıyan rezin qayıq bir müddət sonra yoxa çıxıb. Fırtınalı hava, dalğalı dənizdə suya düşən miqrantlardan çoxu uşaq olmaqla 10-un cəsədi sahilə çıxıb. 

 

Deyilənə görə, artıq Balıkesir Ayvalık Mahalına bağlı Altınova Məhləsində sahilə çıxan cəsədlərin sayı 13-ə çatıb.

 

8 miqrantı xilas edən təhlüksizlik qüvvələrinin işçiləri axtarışları davam etdirir. Xilas edilənlər Cunda adasına aparılıb.

Sağ qalan, ancaq  uzun müddət suda qaldıqları üçün bədən temperaturu düşən 6 nəfər isə xəstəxanaya aparılıb.

 

Bundan başqa, daha bir faciə də İzmirin  Dikili mahalında yaşanıb. Rezin qayıqda yola düşən Əfqan və İran əsilli 56 nəfər qayığın batması nəticəsində  xilas edilib. Əfqan əsilli 7 nəfərin isə cəsədi tapılıb.

 




Tags:  Miqrant faciəsi davam edir 20 cəsəd sahilə çıxdı

RƏYLƏR


Top news