Bakıda olan qalmaqallı aparıcı öz fotosu ilə göz qamaşdırdı (FOTO)

Bakıda olan qalmaqallı aparıcı öz fotosu ilə göz qamaşdırdı (FOTO)
15:51 5 Yanvar 2016
58 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın qalmaqallı jurnalisti, teleaparıcısı və müxalif yönlü fikirləri ilə seçilən Kseniya Sobçak qeyri-adi hərəkətlərini pərəstişkarları ilə bölüşüb.

ANS PRESS-in məlumatına görə, Sobçak maraqlı pozada şəkil çəkdirərək 2.5 milyon izləyicisi olan “İnstaqram” səhifəsində yayıb.

O, əllərini yerə söykəyərək ayaqlarını yumru şarın üzərinə qoyub. Onun fikrincə, bu hərəkətin nəticəsində onun yan əzələləri gözəl görünəcək.


Kseniya Sobçakın "İnstaqram" səhifəsi

Aparıcının izləyiciləri bu şəkli birmənalı qarşılamayıblar. Bəziləri şəklin altından mənfi rəylər yazaraq jurnalisti təhqir ediblər.

Dünyanın dörd tərəfinə səyahət edən Kseniya Sobçak Azərbaycanda da olub. Moskva Dövlət Universitetinin məzunlarnın Bakı yığıncağına Mişa Zıqarla gələn jurnalist Bakı səfərini öz tvitter səhifəsində işıqlandırıb.


Kseniya Sobçak Bakıda olduğu zaman paylaşdığı şəkil

O, paytaxt paylaşdığı fotolarla Bakının gözəlliyinə heyran olduğunu vurğulayıb.

Teleaparıcı və aktrisa Kseniya Sobçak 5 noyabr 1981-ci ildə anadan olub. Sankt-Peterburq meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır. Atası vəkil olan Anatoliy Aleksandroviç Sobçak 1991-ci ildən 1996-cı ilə qədər Sankt-Peterburqun meri olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368917

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR