​Zidanın köməkçilərindən biri müəyyənləşib

​Zidanın köməkçilərindən biri müəyyənləşib
15:52 5 Yanvar 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubuna baş məşqçi təyin olunan Zinəddin Zidanın ilk köməkçisi müəyyənləşib. "Report" "AS"a istinadən verdiyi məlumata görə, bu, fransalının "Kastilya"da birgə çalışdığı David Bettonidir.
Nəşrin iddiasına əsasən, klub prezidenti Florentino Peres Zidana etibar edəcəyi adamı köməkçi götürməyi tapşırıb. 43 yaşlı mütəxəssisin isə seçimi Bettoni olub. Digər köməkçiləri isə rəhbərlik təyin edəcək.
Qeyd edək ki, Zidan və Bettoni "Kastilya"da birgə çalışmaqdan əlavə, 1990-cı ildə Almaniyanın "Kann" klubunda forma geyiniblər.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/zidanin-komekcilerinden-biri-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR