Bakıda doğuş faciəsi: 2 qadın öldü

Bakıda doğuş faciəsi: 2 qadın öldü
15:54 5 Yanvar 2016
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər iki qadın qeysəriyyə əməliyyatı zamanı vəfat edib

Bakıda 2 qadın doğuş vaxtı dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində Bakı Sağlamlıq Mərkəzində təbii doğuş həyata keçirən 1984-cü il təvəllüdlü Ağayeva Günay Məmmədağa qızının vəziyyəti pisləşib. Həkimlər qadının qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirməsini məsləhət görüb. Əməliyyat zamanı əvvəlcə uşaq, daha sonra isə qadın dünyasını dəyişib.

 

Oxşar hadisə yanvarın 2-də Respublika Klinik Xəstəxanasında da baş verib. Reanimasiya şöbəsində 1993-cü ildə Goranboyda anadan olan və Gəncədə qeydiyyata düşmüş Abbasova Ülviyyə Elçin qızı qeysəıriyyə əməliyyatı zamanı vəfat edib.

 

Belə ki, Ü.Abbasova bir müddət imiş ki, xəstəxanada müalicə olunurmuş. Qadının hamiləliyinin 35-36-cı həftəsində əməliyyatla ölü döl doğulub. Daha sonra 23 yaşlı qadının halı daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR