Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ömər adı Məhəmməd adından daha çox qoyulur - Azərbaycanda

Ömər adı Məhəmməd adından daha çox qoyulur - Azərbaycanda

Date: 5 January 2016 16:01

Son beş ildə Azərbaycanda uşaqlara verilən adlar siyahısında Ömər adı Məhəmməd adını üstələyib.

Axşam.az Ədliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, son beş ildə doğulan oğlan uşaqlarından 7 300-nə Ömər, 7 235-nə isə Məhəmməd adı qoyulub. Əgər 2011-ci ildə doğulan 1 424 körpəyə Ömər adı verilmişdisə, 2015-ci ildə bu rəqəm 1 672 olub.

2011-ci ildə 1 920, ötən il isə 1 492 körpəyə Məhəmməd adı verilib.

Son beş ildə doğulan uşaqlardan 16 756-sı Yusif, 16 126-sı Zəhra, 12 238-i Nuray, 11 660 nəfəri Fatimə, 11 526-sı Hüseyn, 11 362-si Əli, 7 769-u Aylin, 7 653-ü Ayan, 7 506-sı Zeynəb, 7 300 nəfəri isə Ömər adlandırılıb.

Qeyd edək ki, Məhəmməd adı ən çox qoyulan adlar arasında 11-ci sırada olub.

Tags:  Ömər adı Məhəmməd adından çox qoyulur Azərbaycanda

RƏYLƏR


Top news