Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı aktyor qəza keçirdi

Azərbaycanlı aktyor qəza keçirdi

Date: 5 January 2016 16:01

Aktyor Ruslan Sabirlinin başına iş gəlib.

Axşam.az-ın lent.az-a istinadən xəbərinə görə, aktyor bildirib ki, avtomobil qəzası keçirib. Onun sözlərinə görə, yanvarın 3-də axşam saatlarında Bakı-Sumqayıt yolunda idarə etdiyi “Hyundai” markalı avtomobil elektrik dirəyinə çırpılıb:

“Anamla birgə bibim oğlunun toyuna gedirdik. Qəflətən qəza keçirdik. Yaxşı ki, özümüzə bir şey olmadı. Amma avtomobilim əzildi, 2 min manat ziyana düşdüm. Yeni ilin ilk həftəsi mənə düşərli olmadı”.
 
Qeyd edək ki, R.Sabirli “Həyat varsa”, “Muradına çatan Günəş”, “Sənə inanıram” seriallarında rol alıb.

Tags:  Azərbaycanlı aktyor qəza keçirdi

RƏYLƏR


Top news