Azərbaycanda dolların alış-satış məzənnəsi sabitləşib

16:02 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olam rəsmi məzənnəsi 1,5610 AZN/USD səviyyəsində açıqlansa da, bu gün keçirilən valyuta hərracında tələbin zəifləməsi nəticəsində valyuta bazarında nisbi bolluq müşahidə olunur. Valyutadəyişmə məntəqələrinin əməkdaşları valyutaya olan tələbatın azalması fonunda AZN/USD məzənnəsinin tədricən AMB-nin rəsmi məzənnəsinə yaxınlaşacağını istisna etmirlər.
Məlumat üçün bildirək ki, AMB bu gün kommersiya banklarına 50 mln. dollara yaxın valyuta satıb.
Qeyd edək ki, valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı "ən yaxşı təklif" prinsipi ilə həyata keçirir. Dekabrın son günlərində gündəlik 100 mln. dollara yaxın valyuta satan AMB-nin mütəşəkkil valyuta bazarına intervensiyasının bu gün zəiflədiyi diqqətə çarpıb. Bayram günlərində məzənnə riskinə getmək istəməyən insanların Yeni il bayramına qədər manat vəsaitlərini dollara çevirdikləri bildirilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-dollarin-alis-satis-mezennesi-sabitlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR