Rusiyanın məşhur jurnalı “Xortdanın cəhənnəm məktubları” tamaşasından yazdı

Rusiyanın məşhur jurnalı “Xortdanın cəhənnəm məktubları” tamaşasından yazdı
16:03 5 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Ötən 87-ci teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanmış “Xortdanın cəhənnəm məktubları” hələ də ən çox danışılan, haqqında maraqlı fikirlər səsləndirilən tamaşa statusunu qoruyub saxlamaqdadır. Haqqında bir sıra yerli və xarici mətbuat səhifələrində yazılar dərc olunan tamaşa bu dəfə Rusiyanın məşhur jurnallarından olan “Иные берега”da müzakirə obyektinə çevrilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əməkdar Mədəniyyət İşçisi, istedadlı teatrşünas Valentina Reznikovanın qələmə aldığı “Drujit domami – eto zdorovo” başlıqlı yazıda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Rusiya Federasiyası Kalmık Milli Dram Teatrı arasında dörd ilə yaxın davam edən sıx yaradıcılıq münasibətləri öz əksini tapıb. Yazıda iki teatr kollektivinin yaradıcılıq mübadiləsinin ən maraqlı mərhələsində ərsəyə gələn iki yeni səhnə əsəri – Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun Kalmık Milli Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında səhnələşdirdiyi “Sevən qadın” və Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar İncəsənət Xadimi Boris Mandjiyevin Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında hazırladığı eyniadlı tamaşa haqqında geniş məlumat verilib.
Qeyd edək ki, “Иные берега” jurnalı Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı tərəfindən 2006-cı ildə təsis olunub.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyanin_meshur_jurnali_Xortdanin_cehennem_mektublari_tamasasindan_yazdi-916192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR