"İnter" qolkiperi ilə müqavilə yenilədi

"İnter", qolkiperi Samir Handanoviçlə müqavilə yeniləyib.

Metbuat.az klubun "twitter" hesabına istinadən xəbər verir ki, sloveniyalı qapıçının müqaviləsi 2019-cu ilin yayına kimi nəzərdə tutulub. Handanoviç 2012-ci ildən bəri "İnter"də çıxış edir. Onun sazişi mövsümün sonunda bitəcəkdi.

Cari mövsümdə 17 matçda meydana çıxan Samir Handanoviç qapısında 11 qol görüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR